İdarəetməni itirən avtomobil əvvəl səkiyə, sonra işıqfora çırpılıb aşdı
1 595 baxış
Hadisə və olaylar
Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.
22 yaşlı Nicat Kamilzadə idarə etdiyi "Toyota" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.
Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.