Hamamda meyiti tapıldı
1 800 baxış
Hadisə və olaylar
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhər sakini, 1966-cı il təvəllüdlü Arzuman Əhmədov yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Həkimlərin səyinə baxmayaraq, Arzuman Əhmədov dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.