AZ
Video yüklə

güləşçilər arasında yumruq davası

2 268 baxış Hadisə və olaylar
24 yaşadək sərbəst güləşçilər arasında Rusiya çempionatında dava düşüb.

"Report"un məlumatına görə, şimali osetiyalı pəhləvan Alan Baqayevlə inquşetiyalı Babuli Tsoloyev görüş vaxtı dalaşıblar. İnsident iki güləşçi arasında qarşılaşma başladıqdan cəmi 8 saniyə sonra yaranıb. Hakimlər və məşqçilər onları aralamağa müvəffəq olublar. Lakin hər iki pəhləvan çempionatdan qovulub. Onlar yarışdan sonra barışıblar.

Qeyd edək ki, Alan Baqayev 2019-cu ildə 92 kq çəki dərəcəsində dünya çempionu olub. Smolensk şəhərində keçirilən Rusiya çempionatına dekabrın 5-də yekun vurulacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.