AZ
Video yüklə

Güclü zəlzələ:Ölənlər var

290 baxış Hadisə və olaylar
Əfqanıstanda baş verən zəlzələ Özbəkistanda da 5-6 bal gücündə hiss olunub Axşam saatlarında Özbəkistanın əksər bölgələrində güclü yeraltı təkanlar qeydə alınıb. Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb. Məlumata görə, titrəyişlər üfüqi xarakter daşıyıb və kifayət qədər uzun çəkib. Zəlzələnin episentrində maqnitudası 6,6 bal gücündə olub. Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi 220 km olub. Zəlzələnin episentrindən Özbəkistanın paytaxtına qədər olan məsafə cənub-şərq istiqamətində 561 km olub. Yeraltı təkanların gücü Surxandərya vilayətində 6 bal, paytaxt Daşkənddə və Buxara vilayətində 5 bal təşkil edib. Daşkənd və digər böyük şəhərlərin sakinləri küçələrə axışıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.