AZ
Video yüklə

Gecə saatlarında Qubadlıdan dəhşətli xəbər gəldi

3 193 baxış Hadisə və olaylar
Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxu24.com bu barədə Qubadlı rayon prokurorluğuna istinadən xəbər verir.

Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.