FHN kişini xilas etdi
2 141 baxış
Hadisə və olaylar
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ən yaxın xilasetmə məntəqəsindən 600 metr aralı, nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü Əsgərov Samir Aslan oğlu dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.