AZ
Video yüklə

Etirazçılar İranın konsulluq binasını yandırdı

303 baxış Hadisə və olaylar
Bir qrup Herat sakini İran hökumətinin əfqan mühacirlərə qarşı pis rəftarına etiraz olaraq bu ölkənin Heratdakı konsulluq binasını yandırıblar.

Gundem.az xəbər verir ki, binanı daşqalaq edən etirazçılar “Taliban” qüvvələrinin havadan açdığı atəş nəticəsində dağılıblar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu hücuma cavab olaraq “Taliban” hökumətini İranın səfirlik və digər nümayəndəliklərinin təhlükəsizliyini təmin etməyə çağırıb. O, təmsil etdiyi hökumətin əfqan mühacirlərə qarşı pis rəftar etməsini inkar edərək iddia edib ki, sosial mediada yayılan videolar iki ölkə xalqlarını və dövlətlərini qarşı-qarşıya gətirməyə hesablanıb.

Turan Rzayev

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.