AZ
Video yüklə

Əmisi oğlundan bir il sonra o da qatarın altına düşdü

1 224 baxış Hadisə və olaylar
Əmisi oğlundan bir il sonra o da qatarın altına düşdü – MÜƏMMALI OLAY Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Yaxınları bildirir ki, 2012-ci ildə onun əmisi oğlu da qatarın altında qalaraq həyatını itirib. Qeyd edək ki, ötən gün yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov qatarın altında qalaraq həlak olub. Ötən il həyat yoldaşından boşanan mərhumun üç övladı var.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.