AZ
Video yüklə

Dua etməyə gələn onlarla insan eyni vaxtda öldü

261 baxış Hadisə və olaylar
Efiopiyanın Qonder vilayətində təşkil olunan dini bayram zamanı faciə yaşanıb.

Publika.az AFP agentliyinə istinadən xəbər verir ki, səhnənin çökməsi nəticəsində 20-yə qədər insan həyatını itirib. Çox sayda yaralı var. Polisin məlumatına görə, dini tədbir yerli xristianlar tərəfindən “Epifani” bayramı çərçivəsində təşkil olunub.

Təhlükəsizlik qaydalarına əməl edilmədiyindən budaqlardan və taxtadan qurulan səhnə çöküb. Sınan budaqlar insanların bədənlərinə tuş gəlib. On minlərlə insanın iştirak etdiyi bayrama xaricdən gələn 15 min turist qatılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.