AZ
Video yüklə

DNT analizi verən Lətifənin canlı efirdə ürəyi getdi

337 baxış Hadisə və olaylar
ATV-də yayımlanan “Bizimləsən” proqramında qorxulu anlar yaşanıb.

Oxu24.com xəbər verir ki, Proqrama gəlib yardım istəyən Lətifə adlı xanım uşaqlarının atası olduğunu iddia etdiyi Mirələmdən aliment tələb edib. Mirələm isə uşaqlarının atası olduğunu təkzib edərək DNT analizi tələb edib. Hazırda nəticələri gözləyən ikili arasında uzun müddətdir mübahisə davam edir.

“Bizimləsən”-in çəkiliş qrupu isə dünən Lətifə adlı xanımın evində qonaq olub. O bildirib ki, Mirələm evli olduqları zaman onlara pis olmayıb. Onu hələ də istəyir. Amma hazırda tək istəyi alimentin alınmasıdır. Proqramda öz kadrlarına baxan Lətifə özündən gedərək izləyicilərə qorxu dolu anlar yaşadıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.