AZ
Video yüklə

Dəhşətli qəzadan görüntü: Ata öldü,oğlu xəstəxanaya düşdü

141 baxış Hadisə və olaylar
Salyanda aşan avtomobilin sürücüsü ölüb.

APA TV-nin Mil-Muğam bürosunun məlumatına görə, rayonunun Xıdırlı kəndində qeydə alınıb.

“VAZ 2107” markalı 12 BE 937 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü - Biləsuvar rayonunun Aranlı kənd sakini, 65 yaşlı Ağamusa Ramazan oğlu Fətullayev ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Reanimasiyaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildə olan sürücünün oğlu - 23 yaşlı Əli Ağamusa oğlu Fətullayev isə yüngül xəsarət alıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.