Dəhşətli qəzada üç nəfər diri-diri yandı
111 baxış
Hadisə və olaylar
Ötən gecə Dağıstanın Mahaçqala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “VKontakte” sosial şəbəkəsinin “Qolos Daqestana” səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, qəza Mahaçqala şəhərinin Əhmədxan Sultan prospektində qeydə alınıb. “Mercedes”in “VAZ-21099” markalı avtomobillə toquşması nəticəsində hər iki maşın alova bürünüb. Qəzada “Mercedes” markalı avtomobildə olan iki nəfər və “VAZ-21099”un sürücüsü yanaraq ölüblər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.