AZ
Video yüklə

Dəhşətli görüntü kameraya düşdü

806 baxış Hadisə və olaylar
Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda dərs saatlarında aparılan söküntü işləri uşaqlarda panika yaradıb.




Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,fevralın 6-da baş verən zəlzələdə böyük ziyan görən bina kranla saniyələr ərzində sökülərkən, toz bağçaya girdiyi üçün tələbələr qaçıblar.



Hadisələr mobil telefon kamerası ilə saniyə saniyə çəkilib.



Fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələlər zamanı Dumlupınar rayonunda Atatürk İbtidai məktəbinin yanındakı 6 mərtəbəli yaşayış binasına ciddi ziyan dəyib.



Binanın sökülməsi üçün lazımi hazırlıq işləri bu gün başa çatıb.



Kranla sökülən bina saniyələr ərzində böyrü üstə düşərək uçub.





Müəllif: Nigar

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.