Daşkəsəndə polislə vətəndaş arasında "qızıl davası" ŞİKAYƏT

  • 06.12.2021
  • 0

Əslən Daşkəsəndən olan, hazırda Gəncə şəhəri Natəvan qəsəbəsi, sahə 9, küçə 2, ev 14-də yaşayan II qrup Qarabağ əlilili Məmmədcəfərov Azər Qələndər oğlu Daşkəsən rayon polis şöbəsinin polis əməkdaşı İsmayılov Tural İqbal oğlunun əməllərindən şikayətçidir. Vətəndaşın iddiasına görə, qızının keçmiş həyat yoldaşı onların qızıllarını qaytarmır, övladına kimlik alınmasına biganəlik göstərir...

Bu barədə "Demokratik TV"-yə danışan şikayətçinin bildirdiyinə görə, adıkeçən polis əməkdaşı bir müddət əvvəl onun qızı ilə qeyri-rəsmi nigahda olublar. Adət-ənənəyə uyğun toy ediblər. Qeyri-rəsmi izdivacdan isə bir qız nəvəsi dünyaya gəlib. Lakin, sonradan qızı ilə Tural ayrılıblar.

II qrup Qarabağ qazisi olan ata qeyd edir ki, polis əməkdaşı ailə və polislərin etik davranış kodeksini pozaraq hazırda ona və ailə üzvlərinə qarşı haqsızlıqlar edir, evlilik dönəmində qıza alınan qızıl əşyalarını verməkdən imtina edir. Eləcə də polis əməkdaşı qanunları bilsə də, öz qız övladına doğum haqqında şəhadətnamə belə almır.