Cüdoçularımızın ermənilər üzərindəki qələbələri
237 baxış
Hadisə və olaylar
Azərbaycan cüdoçuları indiyədək Ermənistan təmsilçiləri üzərində bir çox mötəbər yarışda qələbələr qazanıblar. Axar.az Report-a istinadla xəbər verir ki, onlardan ən diqqətçəkəni 2009-cu ildə Yerevanda gənclərin Avropa çempionatı zamanı Elmar Qasımovun (100 kq) qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirməsi və bayrağımızı ucaltması olub. Digər cüdoçulardan Rüstəm Orucov (73 kq) 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının 1/4 finalında Ferdinand Karapetyanı məğlubiyyətə uğradıb. O, sonda gümüş medal əldə edib. Eyni çəkidəki Hidayət Heydərov isə həmin Karapetyanı təsəllüverici görüşdə məyus edərək, bürünc medala yiyələnib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.