Sumqayıt şəhərində yerləşən "Liman klinikası"nda burun nahiyyəsində "polip" olduğu üçün İcbari Tibbi Siğorta ilə əməliyyata girən xanım, həkimin savadsızlığının və özbaşınalığının qurbanı olub.
Daha əvvəl gözləri ilə bağlı heç bir şikayəti olmayan xanımın əməliyyatdan dərhal sonra hər iki gözünün çəpləşdiyi müşahidə olunub. Həkim, əməliyyatdan çıxarkən artıq törətdiyi əməldən xəbərdar olduğu üçün xanımın gözlərini bağlayıb, səbəbi soruşulduqda isə, gözündə çəplik olmasın deyə etdiyini bildirib.
Lakin, belə gülünc yalan nə çarə?
Gözlərində problem yaranan zərərçəkmiş müxtəlif həkimlərə müraciət etsə də, olacağı əməliyyat qarşılığında 3000 azn ödəniş lazım olub. Maddi durumu buna imkan verməyən xanım səbəb olduğu xəsarətə görə həkimdən haqqını tələb etsə də, qarşılığında nalayıq sözlər eşidib. Həm xanımı, həm də dövlətimizi təhqir edən həkim heç kimdən və heç nədən qorxmadığını deyib. Hətta baş həkim və klinikanın müdirinə də şikayət olunmasına baxmayaraq, hər ikisi məsələyə biganə yanaşıb və yenidən həkimin özünə yönləndiriblər.
İnsanların sağlamlığını oyuncağa çevirən, hətta sağlam şəxsin bu qədər insan həyatı üçün vacib olan gözlərinə xəsarət yetirən bu dırnaq arası həkim, tutduğu əməldən utanc hissi belə olmadan
"mənə pul verməmisiz, mənim sizə borcum yoxdur" deyir.
Görəsən “borcum yoxdur” deyən həkim, olduğu yerdən,işlədiyi işdən xəbərdardırmı???
Və ya sual yaranır: həkim adı daşıyan bu şəxs dövlətdən nə üçün əmək haqqı alır? O, əmək haqqı qarşılığında məgər borcunun məhz xidməti olduğunun fərqindədirmi???
Bütün ölkə vətəndaşlarının İcbari Tibbi Siğorta ilə Xidmət Zərfinə daxil olan tibbi xidmətlətdən ödənişsiz istifadə etmə haqqı olmasına baxmayaraq, bəzi həkimlər şəxsən ciblərinə əlavə ödəniş girmədiyi üçün xəstə insanları bu tip əməlləri ilə daha da çıxmaza salırlar.