Bir nəfər öldü, ailənin 4 üzvü isə yaralandı - DƏHŞƏTLİ QƏZA
3 688 baxış
Hadisə və olaylar
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. Rayon sakini, 1986-cı il təvəllüdlü Elşən Qocayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobillə, Şirvan sakini, 1982-ci il təvəllüdlü Natiqə Abbasovaya məxsus "Hyundai" markalı maşın toqquşub. Nəticədə sürücülərdən biri hadisə yerində ölüb, 5 nəfər - Nemət, Pərvin, Əhməd, Ruqiyyə Qocayevalar və “Hyundai” markalı avtomobilin qadın sürücüsü xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.