AZ
Video yüklə

Bakıda restoranın tüstü bacasına düşən gənci necə xilas etdilər?

304 baxış Hadisə və olaylar
“Koroğlu” metrosunun çıxışındakı “Alov” restoranında faciə baş verib.
“Ölkə.Az”ın hadisə yerində olan müxbirinin məlumatına əsasən, naməlum şəxs restoranın tüstü bacasına girib. Onun buraya necə girməsi və ya düşməsi barədə heç bir məlumat yoxdur.

Hadisə yerinə dərhal FHN və polis əməkdaşları cəlb edilib. Tüstü bacasına düşən şəxs çıxarılıb və əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin yardım göstərilib. Sonra isə təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılıb. O, adının Asif olduğunu bildirsə də, hadisə yerində olan polislər bu məlumatı təkzib ediblər.
Adının Asif olduğunu deyən şəxs, gecə 02:00 radələrində onun başqa şəxslər tərəfindən tüstü bacasına atıldığını bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.