AZ
Video yüklə

Bakıda qadın müğənni qəzaya düşdü

593 baxış Hadisə və olaylar
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com xəbər verir ki, hadisə Salyan şosesində baş verib.


Lamiyə Abdullayeva idarə etdiyi “Nissan” markalı nəqliyyat vasitəsi ilə köməkçi yoldan əsas yola çıxarkən “Mercedes” markalı maşına çırpılıb. Qəza nəticəsində L.Abdullayeva xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, L.Abdullayeva müğənni kimi fəaliyyət göstərir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.