AZ
Video yüklə

Bakıda intihar etmək istəyən gənc belə xilas edildi

116 baxış Hadisə və olaylar
Ötən gün axşam saatlarında Bakıda bir nəfər intihara cəhd edib.

Oxu24.com xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, gənc oğlan özünü Səbail rayonunda yerləşən binalardan birinin eyvanından atmaq istəyib.

Əraziyə Bakı şəhər Təcili Tibbi yardım Stansiyasının həkimləri, polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Gənclə aparılan psixoloji söhbətlərdən sonra Kamil İbrahim oğlu Talıbov xilas edilib.

İntihara cəhd hadisəsinin səbəbləri araşdırılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.