Bakıda hündürmərtəbəli bina yanır
227 baxış
Hadisə və olaylar
Fövqəladə Hallar Nazirliyinin Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Oxu24.com FHN-in saytına istinadən xəbər verir ki, yanğın barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub və bildirilib ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).
Əlavə məlumat veriləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.