AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Elan olunmuş ittiham üzrə Ə.Abdullayev özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində hadisəni bilərəkdən törətdiyini, ittihamda yazılanlarla razı olduğunu söyləyib: "Həbsdə yaxın tanışım, yəni "oğlan sevgilim" var idi. Ona söz verdim ki, "məm də yanına gələcəm". Buna görə də cinayət törətdim". Ə.Abdullayev hadisə zamanı aptek satıcısından apardığı 60 manat pulu zərərçəkmişə qaytardığını bildirib. Zərərçəkmiş Elsevər Hüseynov dindirilən zaman ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını vurğulayıb. Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.