Bakıda dəhşətli qəzadan video yayıldı
1 039 baxış
Hadisə və olaylar
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsini törədən sürücü ərazidən qaçıb. APA TV xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib. Sürücüsü hələ ki məlum olmayan “Jeep” markalı avtomobil yol kənarında dayanan və Kəmaləddin Ağayevə məxsus “Mercedes” və Firdovsi Məmmədova məxsus “Hyundai” markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən avtomobillər “Range Rover” və “Mercedes” markalı yük maşınına çırpılıb. Qəzaya səbəb olan “Jeep” markalı avtomaşının sürücüsü hadisə yerindən uzaqlaşıb. Faktla bağlı əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranıb. Polislər nəqliyyatın hərəkətini tənzimləyib. Avtotexniki ekspertiza təyin edilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.