AZ
Video yüklə

Bakıda dəhşətli qəza: Yaralılar var

11 742 baxış Hadisə və olaylar
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü İsayev Nəriman Vəli oğlu yüksək sürətlə hərəkətdə olan zaman “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı avtomobildə sıxışılıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Yaralılar Sürücü İsayev Nəriman Vəli oğlu, sərnişinlər İbrahimov Kamran Rəhman oğlu və Əzizov Nihat Mahir oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.