AZ
Video yüklə

Bakıda dəhşətli hadisə: Yaralılar var

3 321 baxış Hadisə və olaylar
Bakının Səbail rayonunda iki avtomobil toqquşub.

APA TV verir ki, hadisə Bakı-Salyan şossesinin üçüncü kilometrliyində qeydə alınıb.

“Kia” markalı avtomobil hərəkətdə olan zaman “Lada Priora” markalı nəqliyyat vasitəsi qəfil onun qarşısına çıxıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəld edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.