AZ
Video yüklə

Bakıda dəhşət: Polis axtarışa başladı

533 baxış Hadisə və olaylar
Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA xəbər verir ki, Binəqədi qəsəbəsində 1970-ci il təvəllüdlü Hüseynov Eldəniz Oruc oğlu tanışı ilə münaqişə zəmnində bıçaqlanıb. O, müxtəlif dərəcəli ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.