AZ
Video yüklə

Bakıda "BMW" "Volkswagen"lə toqquşub

27 baxış Hadisə və olaylar
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Mirqasımov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Bildirilib ki, "Volkswagen" markalı avtomobil Mirqasımov küçəsində hərəkətdə olub. Səməd Vurğun küçəsi ilə hərəkət edən "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobilini qarşıda hərəkət edən "Volkswagen" markalı nəqliyyat vasitəsinə çırpıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.