AZ
Video yüklə

Bakıda bahalı maşın belə yandı

603 baxış Hadisə və olaylar
Yasamal rayonu ərazisində avtomobil yanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, hadisə Sədərəkdən Yasamala dönən istiqamətdə baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Kənar Dairəvi yolda minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində "RENAULT" markalı avtomobilin mühərrik hissəsi və salonu yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.