AZ
Video yüklə

Bakıda avtobus dəhşətli qəza törətdi

41 baxış Hadisə və olaylar
Qara Qayarev prospektində, "8-ci kilometr bazarı"nın​ önündə 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10 TG 826 dövlət nömrə nişanlı avtobusu zəncirvari qəza törədib.



Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan VAZ-21O7, “Nissan” və BMV markalı avtomobillərə çırpılıb.



Nəticədə 4 maşına ciddi ziyan dəyib, yaralananlar var.



Hadisə yerinə çoxsaylı təcili yardım və xilasetmə maşınları cəlb edilib.



Qəza nəticəsində Qara Qarayev prospekti şəhər istiqamətində tamamilə bağlanıb.



***



Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş vermiş qəza hadisəsi nəticəsində iki nəfər xəsarət alıb:



"30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. 72 yaşlı kişiyə isə yerində yardım göstərilib".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.