Bakıda arvadını xəyanət edərkən yaxalayan ərdən gözlənilməz addım

  • 25.06.2019
  • 0

Ötən gün Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən ana və qızın efirdə söylədikləri hər kəsi şoka salıb.

AzNews.az xəbər verir ki, qardaşı qətlə yetirilən bacı bu dəhşətli hadisənin onun həyat yoldaşının xəyanəti nəticəsində baş verdiyini bildirib:

"Qardaşım həyat yoldaşını ona xəyanət edən zaman yaxalamışdı. Lakin o, arvadının əlindən tutaraq atası evinə aparıb ailəsinə təhvil verdi. Lakin onun qardaşı bütün bu baş verənləri həzm edə bilmirdi. Ona görə də onların hər ikisini qətlə yetirdi".

Xatırladaq ki, bu il fevral ayının 5-i Vəli Behbudov adlı şəxs öz bacısını və onun keçmiş həyat yoldaşı İlkin Məmmədovu qətlə yetirib. Qətlə yetirilən şəxslər hadisədən bir ay əvvəl rəsmi şəkildə boşanıblar. Hadisəni törədən şəxs cütlüyü barışdırmaq adı ilə hər iki şəxsi İlkin Məmmədovun evinə çağırıb və orada ev sahibini bıçaqlayaraq, bacısını isə boğaraq öldürüb. Olay yerindən uzaqlaşan şəxs daha sonra polisə təslim olub.

Qətlə yetirilən şəxslərin birgə nikahından bir yaşlı övladları var.

Bacı deyir ki, qətli törədən şəxs hazırda Maştağada yerləşən 1 saylı ruhi-əsəb dispanserində saxlanılır. Onlar verilişdən uşağın ana nənəsindən alınaraq onlara verilməsi üçün yardım istəyiblər.

Nə düşünürsən?