Bakıda “07” qəzaya səbəb oldu - 4 MAŞIN TOQQUŞDU

  • 19.12.2019
  • 0

Bakıda zəncirvari qəza baş verib. Məlumatına görə, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən sürücü Seyfəddin Kərəməli oğlu Qənbərov qəzaya səbəb olub. Arxada gələn İsmayıl Fətulla oğlu Babayevin icarəyə götürərək idarə etdiyi "Mercedes G klass" markalı avtomobil əvvəlcə "VAZ 2107"yə, daha sonra isə Bəxtiyar Firudin oğlu Hüseynovun idarə etdiyi "Jeep" və Məmməd Murtuza oğlu Murtuzayevin sükanı arxasında olduğu digər "Mercedes" markalı maşınlara çırpılıb. Xəsarət alan yoxdur, avtomobillərə ciddi ziyan dəyib. Hadisənin təfərrüatı araşdırılır.

Nə düşünürsən?