AZ
Video yüklə
Azərbaycanda yaralılar belə daşındı
18+

Bu video 18 yaşdan yuxarı izləyicilər üçündür.

Ana səhifəyə qayıt

18+ Azərbaycanda yaralılar belə daşındı

1 559 baxış Hadisə və olaylar
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, sürücülərdən biri ağır xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Şəhər sakini Şəhriyar İdris oğlu İmanlının idarə etdiyi 90-LU-644 dövlət qeydiyyat nömrə nişanlı "Toyota" markalı avtomobillə Liman şəhər sakini, 1982-ci il təvəllüdlü Zahid Mırzə oğlu Kazımovun idarə etdiyi 42-BF-493 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2103" markalı avtomobil toqquşub. Hadisə yerinə gələn FHN Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 7 nəfərlik briqadası xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ-2103" markalı avtomobildən Zahid Kazımovu çıxararaq, onu təcili tibbi yardım briqadasına təhvil verib. Yaralı sürücü travmatik şok vəziyyətində sol bud və sağ baldır sümüyünün sınıqları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.