Azərbaycanda dəhştli qəzadan video
9 459 baxış
Hadisə və olaylar
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü, 28 yaşlı Alışov Famil Firidun oğlu Kürdəmir şəhəri istiqamətində hərəkət etmək üçün dönmə əməliyyatı etmək istəyib. Bu zaman 25 yaşlı Rzayev Vurğun Vəkil oğlunun idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi arxadan Famil Alışovun avtomobilinə çırpılıb.
İdarəetmədən çıxan “Mersedes” yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı Vurğun Rzayev müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.