Azərbaycanda dəhşət: 80 yaşlı ərini döyüb ütü ilə yandırdı
4 123 baxış
Hadisə və olaylar
Bərdədə 80 yaşlı kişini həyat yoldaşı ütü ilə yandırıb. APA TV-nin xəbərinə görə, hadisə rayonun Gərənə kəndində baş verib. Zərərçəkənin yaxınlarının verdiyi məlumata görə, Səfərov Hidayət Hüseyn oğlu həyat yoldaşı Cəfərova Serbiya Kərim qızı tərəfindən döyülüb. Daha sonra halsız vəziyyətdə olan H.Səfərovu həyat yoldaşı bədəninin müxtəlif yerlərindən ütü ilə yandırıb. H.Səfərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.