AZ
Video yüklə

Aysel gecə qəzaya düşüb,xəstəxanaya yerləşdirildi

121 baxış Hadisə və olaylar
Bakıdakı tunellərin birində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində olub.

Aysel Məmmədovanın idarə etdiyi "BAİC" markalı avtomobil tuneldə idarəetməni itirib və yol ayrıcındakı betona çırpılıb.

A.Məmmədova bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağrılmış təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Deformasiyaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.