Hadisə 14 avqust Ufada baş verib. Hamilə qadın azyaşlı uşaqla piyada zolağından yolu keçən zaman Toyota RAV-4 markalı avtomobilin sürücüsü onları vurur və zərbə ana və övladını bir neçə metr kənara tullayır. YPX.AZ xəbər verir ki, avtomobilin sürücüsü 20 yaşlı xanım dindirilmə zamanı piyadaların yolu keçdiyinin fərqində olmadığını bildirib. 16 avqust tarixində qadın aldığı xəsarət nəticəsində xəstəxanada dünyasını dəyişib. Azyaşlı qızın isə komada olduğu bildirilir.