AZ
Video yüklə

Arvadını küçədə döyəni döydülər

60 baxış Hadisə və olaylar
Türkiyənin İstanbul şəhərinin Kağıthanə səmtindəki küçələrdən birində kişi qadını vurub yerə yıxıb, sonra döyməyə başlayıb.

Milli.Az Ensonhaber-ə istinadən bildirir ki, həmin şəxsin o qadının əri olduğu bilinib.

Qadını qəddarlıqla vuran və söyən kişi sakitləşmirdi. Bu zaman ona qaçaraq iki nəfər yaxınlaşıb. Həmin şəxslərdən biri arvadını döyən kişiyə kəllə ataraq onu yerə yıxıb, sonra döyməyə başlayıb.

Arvadı Nevin T.-ni döyənin Mehmet T. olduğu müəyyənləşib.

Qadının köməyinə çatan, Mehmeti kəllə zərbəsi ilə yerə sərən isə Kağıthane bələdiyyəsində süpürgəçi işləyən Emre Derebaşı olub. Onun yanında qaçan isə "həmkar"ı Yunus Emre Bilgili idi.

Emre Derebaşının dediyinə görə, əməlində heç bir qəhrəmanlıq yoxdur və sosial şəbəkələrdə məşhurlaşmasının səbəbini də anlamır.



"Qəflətən qadın qışqırıqları eşitdim. Baxanda gördüm ki, biri kişi əlindəki əşya ilə qadını vurur. O əşyanı zopa sandım. Dərhal o tərəfə qaçdım. Kişi qadını vurub yerə sərmişdi. Mən də onu vurub yıxdım", - E.Derebaşı deyib.

Mehmet isə onu vurandan polisə şikayət edib.

"Arvadımı döymədim. Durduğum yerdə məni vurub yerə yıxdılar", - o, deyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.