Ağır qəzadan video
909 baxış
Hadisə və olaylar
Abşeronda yol-qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə yeni Saray şossesində qeydə alınıb. Belə ki, “Daewoo” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Nəticədə, maşın yolda həmin istiqamətdə hərəkət edən “VAZ 2107”-ə çırpılıb. Zərbə o qədər güclü olub ki, “VAZ” dərəyə aşıb, sürücü və sərnişin xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.