Ağır qəzadan video
374 baxış
Hadisə və olaylar
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonun Pirsaat kəndi ərazisindən keçən hissəində qeydə alınıb. Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Ələsgər oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil hərəkətdə olan qoşqulu “KamAz” markalı avtomobilə yan tərəfdən çırpılıb. Nəticədə, avtomobildə olan sərnişin, Hacıqabul rayon sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu xəstəxanaya çatdırılarkən yolda keçinib. Sürcü isə sınıq xəsarəti ilə Şirvan xəstəxanasına yerləşdirlib. Qeyd edək ki, ölən şəxs Nəvahi Dövlət Yol Polisi alayının mülki əməkdaşı olub. Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.