Ağır qəza: Ölənlər var
719 baxış
Hadisə və olaylar
Tovuzda ölümlə nəticələn yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri - 1988-ci il təvəllüdlü Əliyev Elçin, 1992-ci il təvəllüdlü Aslanov Elçin və Tovuz rayon Düz Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü İslamzadə Müşviq xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Qəza zamanı "VAZ 2107" markalı minik avtomoblinin sərnişini 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu həyatını itirib. Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq də həkimlərin səyinə baxmayaraq həyatını itirib. Faktla bağlı araşdırmalar aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.