AZ
Video yüklə

Ağır qəza baş verdi: ölən var

5 baxış Hadisə və olaylar
Ağcabədidə azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

32 yaşlı Vəliyev Etibar Zalış oğlu VAZ 2106 maşını ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və avtomobil aşıb. Nəticədə maşında olan sürücünün 8 yaşlı oğlu Vəliyev Zalış Etibar oğlu aldığı xəsarətlərdən ölüb.

Xəstəxanaya gələn kənd sakinlərinin sözlərinə əsasən, sürücü Etibar Vəliyevin qəzanı törətməmişdən əvvəl içki məclisində olduğu və avtomobili içkili halda idarə etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.