AZ
Video yüklə

ABŞ-da sürücü maşını kütlənin üzərinə sürdü

9 baxış Hadisə və olaylar
ABŞ-ın Viskonsin ştatında Milad paradı zamanı yolsuzluq avtomobili parad iştirakçılarını vurub.

“Qafqazinfo” ştat polisinə istinadən xəbər verir ki, Uokeşa şəhərində baş verən insident zamanı 5 nəfər ölüb, daha 40 nəfər isə yaralanıb.

Avtomobilin sürücüsü saxlanılıb. Yaralılar müxtəlif ağırlıq dərəcəsinə malik xəsarətlər alıb. İlkin məlumata görə, xəsarət alanlar arasında uşaqlar, orkestr və rəqs truppasının üzvləri var.

İnsidentin məhz hansı səbəblərdən baş verdiyi hələ aydın deyil.

Əsəbi zəif olanların videoya baxmaması məsləhət görülür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.