AZ
Video yüklə

ABŞ-da polis zorakılığı: Vətəndaşı vəhşicəsinə döydülər

11 baxış Hadisə və olaylar
ABŞ-da dəhşətli polis zorakılığının görüntüləri yayılıb.

Publika.az xəbər veri ki, ölkənin Arizona ştatında yaşayan Robert Conson bir neçə polisin hücumuna məruz qalıb. ABŞ vətəndaşı ticarət mərkəzlərindən birinin avtomobil dayanacağında lift gözləyərkən divara söykənib. Polislər onun bu davranışını düzəltməsini tələb edib. Vətəndaş səbəbini soruşarkən isə ona təzyiq göstərərək şiddətli şəkildə döyüblər.

Faktla bağlı ərazinin təhlükəsizlik kameralarına düşən görüntülər dəlil olaraq aidiyyəti orqanlara göndərilib.

Polislər isə həmin şəxsin onlara müqavimət göstərdiyini iddia edərək davranışlarına bəraət qazandırmağa çalışıblar.

Polislərin kimliyi təsbit edilib və haqlarında araşdırma başladılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.