AZ
Video yüklə

7 nəfərin zorladığı qız

2 109 baxış Hadisə və olaylar
İspaniyanın turizm şəhəri Barselonada yaşayan və 5 il əvvəl motosikletləri ilə dünyanı gəzməyə qərar verən cütlük Vinsente və Fernanda Hindistanda dəhşətli hücuma məruz qalıblar.




Oxu24.com xəbər verir ki,60-dan çox ölkəyə gedən və 5 il ərzində təxminən 170 min kilometr yol qət edən və o anları İnstaqram hesabında paylaşan cütlük Hindistanda hücuma məruz qaldıqlarını açıqlayıb.



Xəstəxanada açıqlama verən Vinsente və Fernanda cütlüyü 7 nəfərin onlara hücum edərək qarət etdiyini və Fernandanın cinsi təcavüzə məruz qaldığını bildirib.



"Bizi döydülər. Bıçağı boğazıma dayadılar və məni öldürməklə hədələdilər", - Vinsente deyib.



122 mindən çox izləyicisi olan cütlük Nepala getməyə hazırlaşarkən yol kənarında çadır quraraq, ara verib yatdıqlarını, lakin 7 nəfərin hücumu ilə oyandıqlarını bildiriblər.



Hadisə ilə bağlı İspaniyanın Hindistandakı səfirliyii açıqlama yayıb. Məlumata görə,7 nəfərdən artıq 3-ü həbs edilib.



Nigar

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.