53 ölü, 30 itkin var - Dəhşətli xəbər gəldi
271 baxış
Hadisə və olaylar
Braziliyanın cənub-şərqində güclü yağışların yaratdığı daşqınlar zamanı azı 53 nəfər həyatını itirib.
Oxu24.com “Reuters”ə istinadən xəbər verir ki, Minas-Jerais şəhərinin Mülki Müdafiə İdarəsinin məlumatına görə, 30 nəfər itkin düşmüş hesab olunur.
Təxminən 25 min nəfər evlərini tərk edib, 3,3 mindən çox insan evsiz qalıb. Minas-Jerais ştatında 44, qonşu Espiritu-Santo ştatında isə 9 nəfər ölüb. Minas-Jerais ştatının 47 bələdiyyəsində fövqəladə vəziyyət elan olunub.
Sinoptiklərin bildirdiyinə görə, leysan yağışları cümə axşamı səhər saat 9.00-dan etibarən başlayıb və son 110 ilin rekord yağıntı həddə çatıb. Əyalətdə yanvar ayı üçün orta aylıq yağıntı iki dəfədən çoxdur. Sinoptiklər yağışların yaxın həftələrdə də yağacağını proqnozlaşdırır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.