ABŞ-da 37 yaşlı məktəb müəlliməsi yeniyetmə ilə cinsi əlaqədə olduğu üçün on il həbs cəzasına məhkum edilib.
“Yeni Gundem” bildirir ki, bu barədə “Naughty Teacher List” xəbər verib.
Texas ştatındakı Montgomeri dairəsinin “Oak Ridge High School” müəlliməsi Bonni Qess Mazok, yanvar ayında başlayan bir şagirdlə uyğun olmayan münasibətə görə məhkum edilib. İstintaqın məlumatına görə, polisə ilk olaraq zərərçəkənin nənəsi müraciət edib. Sonradan məlum olub ki, yeniyetmə əvvəlcə əmisi oğluna Mazokla cinsi əlaqədə olduğunu deyib.
Məhkəmə sənədlərinə görə, Bonni Qess Mazok 3 avqust 2021-ci ildə “Oak Ridge High School”-da işə başlayıb. Qadın on il cəzasını Texas ştatının həbsxanasında çəkəcək. Keçmiş müəllimənin vəkillərinin apelyasiya şikayəti verib-vermədiyi barədə məlumat verilməyib.