AZ
Video yüklə

26 yaşlı gəncin faciəli ölümü

4 407 baxış Hadisə və olaylar
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Darquba kəndində qeydə alınıb.

26 yaşlı kənd sakini Elgün Rəhimovu "KIA" markalı avtomobil vuraraq yolun kənarına aşıb.

Hadisə nəticəsində piyada Elgün Rəhimov yerindəcə keçinib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, sürücü rayonun Şovu kənd sakinidir. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.