AZ
Video yüklə

2 maşın toqquşdu - QADIN VƏ NƏVƏSİ YARALANIB

1 249 baxış Hadisə və olaylar
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağkəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 2 nəfər – 1965-ci il təvəllüdlü Nəsibova Firuzə Oruc qızı və 2017-ci il təvəllüdlü Nəsibova Ayşə Namiq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A,Nəsibova F.Nəsibovanın nəvəsidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.