15 nəfər dərəyə düşdü
445 baxış
Hadisə və olaylar
Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. İçərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlar rayonunun Xürel kənd sakinləri Liana Mikayılova, Lamunat Bədəlova, Milyanə Şıxzadayeva, Ruslan Əmiraslanov, Aksana Beydiyeva və Aysel Cavadovadır. Qəzaya ilkin səbəb havanın dumanlı olması göstərilir. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.