AZ
Video yüklə

11 nəfər öldü

330 baxış Hadisə və olaylar
Azərbaycanda həftəsonu ərzində qeydə alınan cinayət hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 25-də və 26-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 96-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 48 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.